Card image cap

ADNSU-nun rektorunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə fakültələrlə görüşü davam edib

Dekabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə universitetin bütün fakültələrini ziyarət edib.

ADNSU-nun Geoloji kəşfiyyat (GKF), Neft-mexanika (NMF), Qaz-neft-mədən (QNMF) və İnformasiya texnologiyaları və idarəetmə (İTİF)  fakültələrində olan rektor M.Babanlı 2019-cu il ərzində universitetdə görülən işlərdən, reallaşan layihələrdən və tədrisdəki inkişafdan danışıb. 2019-cu ili müəyyən qüsurların olmasına baxmayaraq uğurlu il kimi səciyyələndirən rektor M.Babanlı 2020-ci ildən gözləntilərinin daha çox olduğunu, həm tədrisin keyfiyyətinin yaxşılaşdırlmasında həm də universitetin ümumi ictimai həyatında daha uğurlu il olacağına inandığını deyib. Rektor M.Babanlı həmçinin, universitetin 100 illik yubileyi münasibətilə nəzərdə tutulan layihələrdən danışıb və 100 illik çərçivəsində 100 tədbirin keçiriləcəyini deyib.

Bayram təbrikinə görə rektor M.Babanlıya təşəkkürlərini bildirən fakültə dekanları və professor-müəllim heyəti universitetdə görülən yenilikləri yüksək dəyərləndirərək bu işlərə daim dəstək göstərəcəklərini deyiblər. GKF-da təhsil alan çinli tələbələr də rektor M.Babanlıya bayram təbriklərini çatdırıb, ürək sözlərini deyiblər.

Sonda rektor M.Babanlı hər kəsi təbrik edib və uğurlar arzulayıb.