Card image cap

ADNSU-nun İctimai Etimad Şurası imtahan prosesini izləyib

Yanvarın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin İctimai Etimad Şurası imtahan prosesini izləyib. Şura üzvləri – Sahib Məmmədov, İlham Şaban, Səadət Məmmədova, Nərminə Əliyeva, Məzahir Babayev və media nümayəndələri imtahan keçirilən auditoriyaları gəzib müəllim və tələbələrin hazırlığı, həmçinin imtahan üçün yaradılan şəraitlə tanış olublar.

Sonra İctimai Etimad Şurasının üzvləri ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşüblər. Rektor M.Babanlı ADNSU-da görülən işlər barədə İctimai Etimad Şurasının üzvlərinə məlumat verib. Bildirib ki, son illər universitetdə olan yeniliklər ilk növbədə tələbələrin yüksək səviyyədə təhsil almasına hesablanıb və artıq nəticələr də var. Bu gün ADNSU-da peşəkar və savadlı mütəxəssis hazırlandığını deyən rektor Mustafa Babanlı təhsil və tədris prosenin, eyni zamanda dərs vəsaitlərinin müasir çağrışlara uyğun təşkil olunduğunu diqqətə çatdırıb.

Sonra şura üzvləri ADNSU-da imtahan prosesinin təşkili ilə bağlı fikirlərini bölüşüblər. Onlar universitetdə yaradılan şəffaf tədris mühitini, tələbələrin biliklərini sərbəst şəkildə ifadə edə bilmələri üçün yaradılan şəraiti və imtahana nəzarət prosesini yüksək qiymətləndiriblər.