Card image cap

Azİİ e-Kitab Evində “Продуктивная толща Азербайджана” kitabının təqdimatı keçirilib

Yanvarın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “Продуктивная толща Азербайджана” kitabının təqdimatı keçirilib.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun alim-geoloqları  tərəfindən ərsəyə gələn kitab  100 ildən artıq  tədqiqat obyekti olan Azərbaycanın məhsuldar neft qatının  geologiyasına həsr olunub.

Kitabın müəllifləri – Azərbaycan Milli Elmlər Akademiyasının  Geologiya və Geofizika İnstitutunun  direktoru akademik Akif Əlizadə, akademik İbrahim Quliyev, akademik, ADNSU-nun professoru Pərviz Məmmədov, akademik Əkbər  Feyzullayev, AMEA-nın müxbir üzvüləri - elmlər doktoru Elmira Əliyeva və elmlər doktoru Dadaş Hüseynovun birgə əməyi sayəsində kompleks tədqiqat nəticəsində ərsəyə gəlib.

Tədbiri giriş sözü ilə açan Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova əsaslı kitabxana haqqında tədbir iştirakçılarına məlumat verib. Sonra kitabın müəlliflərindən akademiklər Pərviz Məmmədov və Əkbər  Feyzullayev, QNMF-nin dekanı, professor Qafar İsmayılov çıxış edərək kitab haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, Kitab 2 cilddən, 16 fəsildən ibarət fundamental elmi əsər – monoqrafiyadır və dövlət mükafatına təqdim olunub.