Card image cap

ADNSU-nun bir qrup tələbəsi uşaq evini ziyarət edib

Yeni il bayramı münasibəti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı və Qaz-neft-mədən fakültəsinin təşəbbüsü ilə fakültənin fəal tələbələri “Çərpələng” uşaq evini ziyarət ediblər.

Ziyarətləri ilə kimsəsiz uşaqları sevindirən tələbələr uşaqlara müxtəlif bayram hədiyyələri  və isti geyimlər hədiyyə ediblər. Şaxta baba və qar qız uşaqlara bayam sevincləri bəxş edib. Tələbələr isə kimsəsiz uşaqlarla müxtəlif oyunlar oynayıb, onların vaxtlarının əyləncəli keçməsinə çalışıblar.