Card image cap

ADNSU-nun rektoru, professor Mustafa Babanlının TellMann tok-şousuna müsahibəsi - video

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı TellMann tok-şousuna eksklüziv müsahibə verib.

Müsahibədə Mustafa Babanlı valideynləri haqqında, Kiyevdə keçmiş tələbəlik illəri ilə bağlı maraqlı xatirələri bölüşüb: “O vaxt respublika xaricində oxuyan bütün azərbaycanlı tələbələri "Heydər Əliyevin balaları” adlandırırdılar və onlardan böyük nəticələr gözləyirdilər. Bu çox şərəfli və məsuliyyətli idi”.
ADNSU-nun rektoru son illərdə əldə olunmuş nailiyyətlərini də bölüşüb. Eyni zamanda, gənc alimlərin yetişdirilməsində, yeni tədris metodlarının yaradılmasında, böyük dünya universitetləri ilə əməkdaşlıqda, start-up və universitet çərçivəsində həyata keçirilmiş digər layihələrdə ADNSU-nun fəal rol oynadığını deyib.
Mustafa Babanlı ADNSU-dakı korrupsiyanı necə aradan qaldırması barədə danışıb və bu məsələdə ölkə rəhbərliyinin xüsusi dəstəyini və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə fəaliyyətini vurğulayıb.
“Siz Azərbaycanın Prezidenti ilə görüşdəsiniz ... Prezidentlə nə haqda danışmaq istərdiniz?” ənənəvi sualına professor Mustafa Babanlı “Elm haqqında” cavabını verib. Onun sözlərinə görə, dünyada elə bir an gəlib ki, elm hər şeyə qərar verir. Bu gün həm iqtisadiyyat, həm də həyat biliyə əsaslanır. Bacarıqlara yox ... Bilik və elm olmadan gələcək yoxdur.
O, eyni zamanda ictimaiyyətlə tələbələr arasında sıx əlaqələrin vacibliyini qeyd edib. Rektorun sözlərinə görə, bu gün elm tədris prosesindən daha çox inkişaf edib. Yeni kadrlara verilən tədris materialları artıq geridə qalıb. Tələbələrin elmi proseslərdə fəal iştirak edə və potensiallarını daha da artıra biləcəkləri açıq bir platformaya ehtiyac var.
Müsahibənin sonunda professor Mustafa Babanlı, geniş auditoriyaya malik TellMann tok-şousunun yaradıcılıq heyətinə təşəkkürünü bildirib, bütün izləyicilərə elmlə məşğul olmalarını və inkişaflarına daha çox diqqət yetirmələrini arzulayıb. TellMann tok-şousunun tam versiyası YouTube kanalında, eləcə də, dünyanın müxtəlif ölkələrinin kabel və regional kanallarıda yayımlanır.

https://www.youtube.com/watch?v=E9WFVeC94V8&feature=youtu.be&fbclid=IwAR3lxOF-35yw81ebf98qmuWud8WAWSdP7K2NowHPT8IimniAwLTgAAukOSs