Card image cap

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Qaz-Neft Mədən fakültəsinin tələbələrinin nəzərinə!

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Qaz-Neft Mədən fakültəsinin tələbələrinin nəzərinə!

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Norveç Krallığı tərəfindən maliyyələşdirilən və DİKU – Ali təhsildə Beynəlxalq Əməkdaşlıq üzrə Norveç Mərkəzinin həyata keçirdiyi “Eurasia 2019-2021” layihəsində  iştirak edir. Layihənin koordinatoru olan Norveç Krallığının Stavanger Universiteti 25-29 May 2020-cu il tarixlərində layihənin digər tərəfdaşı olan Qazaxıstanın Nursultan Nazarbayev Universitetində “Summer school 2020: Applying Industry 4.0” mövzusunda yay məktəbini təşkil edəcəkdir.

ADNSU-nun Qaz-Neft Mədən fakültəsinin magistr və doktorant tələbələrinin “Summer school 2020: Applying Industry 4.0” yay məktəbində iştirakı ödənişsizdir, yaşayış və yol xərcləri qarşılanır.

Yay məktəbinə müraciət etmək və daha ətraflı məlumat almaq üçün tələbələrdən bu linkdən istifadə etmələrəi xahiş olunur: https://www.uis.no/research-and-phd-studies/research-centres/ciam-cluster-on-industrial-asset-management/summer-school-2020-applying-industry-4-0-article138127-11450.html

Müraciər üçün son tarix 15.02.2020!