Card image cap

Azİİ e-Kitab Evinin oxucularına daha bir beynəlxalq kitabxanaya giriş imkanı verilib

Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) çərçivəsində İMF.Library - Beynəlxalq Valyuta Fondunun  elektron kitabxanası 2020-ci il üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor-müəllim heyyəti və  Azİİ e-Kitab Evinin oxucuları üçün açıq olacaq. Elektron kitabxananın bazasında iqtisadiyyat, maliyyə, biznes, kommersiya və digər iqtisadi sahələri əhatə edən 20.769 adda jurnal, məqalə və kitabdan istifadə mümkün olacaq.

 Aşağıda linkə daxil olmaqla Beynəlxalq Valyuta Fondunun  elektron kitabxanasından istifadə etmək mümkündür.

    www.elibrary.imf.org