Card image cap

ADNSU-nun rektoru İordaniya Haşimilər Krallığının səfiri ilə görüşüb

Fevralın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Asem Ğoşehlə görüşüb.

İki ölkə arasındakı əlaqələrin, eləcə də təhsil sahəsindəki əməkdaşlığın müzakirə olunduğu görüşdə tələbə mübadiləsi sahəsində əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsindən danışılıb.

Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən professor Mustafa Babanlı universitetdəki tədris prosesi, ixtisaslar və həmçinin, əcnəbi tələbələr haqqında məlumat verib. Universitetdə vaxtı ilə İordaniyalı tələbələrin təhsil aldğını deyən rektor M.Babanlı bu ölkədən tələbələrin cəlb olunması prosesini aktivləşdirmək istədiyni deyib.

ADNSU-da olmaqdan qürur hissi keçirdiyini deyən səfir S. A. Ğoşeh iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın əhəmiyyətli olduğunu vurğulayıb. ADNSU ilə İordaniya universitetləri arasındakı  tələbə və professor mübadiləsinə hər zaman dəstək olacağını deyən səfir neft-qaz sahəsində, həmçinin elmi tədqiqatlar istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu deyib.