Card image cap

Azİİ e-Kitab Evində “Polimer neft sorbentlərinin alınması və tədqiqi” və “Analitik kimya-2” kitablarının təqdimatı keçirilib

Fevralın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində Y.Qəhrəmanlı, N.Qəhrəmanov, Ü.Məmmədlinin “Polimer neft sorbentlərinin alınması və tədqiqi” və L.Məhərrəmova, S.Sultanzadə, E.Süleymanova, Y.Qəhrəmanlının “Analitik kimya-2” kitablarının təqdimatı keçirilib.

Təqdimatda ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, AMEA-nın Polimer Materialları İnstitutunun “Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı” laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru, professor Nəcəf Qəhrəmanov, həmin institutun digər laboratoriya müdiri, kimya elmləri doktoru, professor Ağa Mustafayev, texnika elmləri doktoru, professor, ADNSU-nun” Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının müdiri Yunis Qəhrəmanlı, KTF-nin dekanı, professor Sevinc Məmmədxanova və kafedranın digər  əməkdaşları iştirak ediblər.

Tədbirdə Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova kitab evi haqqında qonaqlara məlumat verdikdən sonra ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev çıxış edərək təqdimatı keçirilən kitabın oxucular üçün dəyərli vəsait olcağını deyib və yeni nəşrlərin əhəmiyyətindən danışıb. Texnika elmləri doktoru, professor Yunis Qəhrəmanlı, KTF-nin  dekanı, professor Sevinc Məmmədxanova, AMEA-nın Polimer  Materialları  İnstitutunun «Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı” laboratoriyasının müdiri, kimya üzrə  elmlər doktoru, professor Nəcəf Qəhrəmanov çıxış edərək yeni nəşrlər haqqında fikirlərini bildiriblər.

Sonda Azİİ e-Kitab Evi tərəfindən hazırlanmış  kitablar haqqında  slaydlar iştirakçılara nümayiş etdirilib.