Card image cap

ADNSU-da keçirilən karyera sərgisində tələblərə yeni iş və təcrübə imkanı yaradılıb

Fevralın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Society of Exploration Geophysicist” və universitetin təşkilatçılığı ilə məzun-karyera sərgisi keçirilib. Sərgidə ADNSU-nun tələbələri ilə yanaşı, digər universitetlərdən 150-dən çox tələbələr də iştirak ediblər. Sərgidə BP, SOCAR AQŞ, Schlumberger, Baker Hughes, SOCAR Polymer və Turan Drilling kimi aparıcı əməliyyat və xidmət şirkətləri tələbələrə müxtəlif sahələrdə çox sayda təcrübə və iş yerləri təqdim ediblər. Ümumilkdə, sərgidə təmsil olunan şirkət nümayəndələri tərəfindən tələbələrdən 300-dən çox CV toplanıb. Bu da insan resursları və sənayenin müxtəlif sahələri üzrə mütəxəssislərlə əlaqə qurmaq və yeni karyera imkanları yaratmaq baxımından yüzlərlə tələbə gənc üçün yeni şans deməkdir