Card image cap

Azİİ e-Kitab Evində Beynəlxalq ana dili günü ilə bağlı tədbir keçirilib

Fevralın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində Beynəlxalq ana dili gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Azİİ e-Kitab Evinin direktoru S.Mahmudova iştirakçıları salamlayarq tarixi günün əhəmiyyətindən danışıb.

ADNSU-nun Tərbiyə İşləri üzrə prorktoru, dosent A.Babayev beynəlxalq ana dili günü münasibətilə hər kəsi təbrik edib və Azərbaycan dilinin qorunmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Hər bir millətin varlığını şərtləndirən əsas amilin məhz ana dili olduğunu deyən Azərbaycan dili kafedrasının müdiri, professor R.Kamal Azərbaycan dilinin üstünlüklərindən danışıb və dilimizin qorunmasının vacibliyini vurğulayıb.

Daha sonra kafedranın müəllim heyəti və iştiakçılar ana dilinin varlığını hiss etmək, onu qorumaq və gələcək nasillərə çatdırmağın əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, 21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Beynəlxalq Ana Dili Günü - UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.