Card image cap

ADNSU-da Xocalı soyqırımının 28-ci ildönümü anılıb

Fevralın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, dekanlar həmçinin Xocalıdan olan valideyinlər və tələbələr iştiak ediblər.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən törədilən cinayətlərdən və Xocalı soyqırımının dəhşətlərindən danışıb. Xocalıda dinc sakinlərə qarşı törədilmiş dəhşətli soyqırımın bütün dünyada insanlığa qarşı törədilmiş cinayət olduğunu bildirib.

Daha sonra Xocalı soyqırımının şahidləri başlarına gələn qanlı hadisələrdən, yaxınlarına, ailə üzvlərinə qarşı törədilən dəhşətlərdən söz açaraq 28 il öncəki acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Tədbir çərçivəzində Xocalı faciəsində həyatını itirənlərin xatirəsinə ehsan süfrəsi verilib.