Card image cap

Azİİ e-Kitab Evində Xocalı faciəsinin 28 -ci ildönümünə həsr olunmuş kitab sərgisi təşkil edilib

Azİİ e-Kitab Evində Xocalı faciəsinin 28 -ci ildönümünə həsr olunmuş kitab sərgisi təşkil edilib.

Sərgidə Azərbaycan torpaqlarında əsrlər boyu ermənilər tərəfindən törədilən soyqırımı və onun qurbanlarının faciəvi qətlini, habelə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunu əks etdirən kitablar və dövri mətbuatda çap oluna yazılar öz əksini tapıb. Sərgidə həmçinin "Xocalı soyqırımı: Milyon imza -bir tələb" adlı 16 cilddən ibarət kitabının bir neçə hissəsi də yer alıb.16 cilddən ibarət olan bu imzalar toplusu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının  erməni işğalçılarının törətdikləri Xocalı soyqırımının tanınması cağırışı ilə keçirdiyi kampaniyanın nəticəsində hazırlanmışdır.

Qeyd edək ki, “Xocalı soyqırımı: Milyon imza -bir tələb" adlı 16 cilddən ibarət olan imzalar toplusu dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının arxivlərində və kitabxanalaında saxlanmaq üçün təqdim edilib.  Bu imzalar təkcə bir milyonun imzası deyil, bu Xocalı faciəsi qurbanlarının harayı, milyonlarla azərbaycanlıların  haqq və ədalət tələn edən birgə səsidir.