Card image cap

ADNSU-nun əməkdaşları Xocalı abidəsini ziyarət ediblər

Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müəllimləri və tələbələr  Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Xocalı abidəsini ziyarət ediblər. Universitetin əməkdaşları digər şəhər sakinləri kimi, paytaxtın Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzüblər, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib ruhlarına dualar oxunub.