Card image cap

"AgroHakathon 2020" yarışması ilə bağlı konfrans keçirilib

Fevralın 27-də "AgroHakathon 2020" müsabiqəsinin son hazırlıq vəziyyəti ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda müsabiqə ilə bağlı yaradılmış Təşklat komitəsinin sədri, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasov çıxış edərək müsabiqənin şərtləri, keçirilmə qaydaları və əhəmiyyəti haqqında media nümayəndələrinə məlumat verib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlının müşaviri, Təşkilat komitəsinin üzvü Rusif Hüseynov mətbuat konfransında qeyd edib ki, ADNSU bu yarışmada təşkilatçı tərəfdaşlardan biri olmaqdan əlavə, universitetin tələbələri də yarışmada fəal iştirak edirlər.  Müsabiqə şərtləri elan olunduqdan sonra digər universitetlərdən də tələbələrin yarışmaya qatılmasına şərait yaradılıb. O, əlavə edib ki, texniki profilli ali təhsil ocağı olaraq ADNSU innovativ layihələrin icra olunmasında, startapların yaradılmasında hər zaman aktiv olub. Bu da orada təhsil alan tələbələrə yeni imkanların yaraddılması deməkdir.  

Qeyd edək ki, Müsabiqə Kənd Təsərrüfatı Nazirliyi və ADNSU-nun birgə təşkilatçılığı, Azərbaycan Sənaye Korporasiyası, “Bakcell” və “Microsoft” şirkətlinin sponsorluğu ilə 29 fevral – 2 mart tarixlərində Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun ərazisində keçiriləcək.