Card image cap

ADNSU-da Mülki Müdafiə hazırlığı ilə bağlı tədbir keçirilib

Fevralın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümumdünya Mülki Müdafiə Təşkilatının tədbirlər planına uyğun olaraq “Mülki müdafiə və ilkin tibbi yardım” mövzusunda tədbir keçirilib.  

Universitetin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbirdə ADNSU-nun mülki müdafiə qərargahının rəisi Elşən Məmmədov çıxış edərək mülkü müdafiənin həyat üçün əhəmiyyətindən danışıb. Bildirib ki, 1 mart Ümumdünya Mülki Müdafiə günüdür və bununla bağlı hər il dünyanın əksər ölkələrində tədirlər keçirilir, insanlar bu istiqamətdə maariflənirlər. Azərbaycan 1993-ci ildə Ümumdünya Mülki Müdafiə Təşkilatına üzvdür və dövlət olaraq vətəndaşlarının təhlükəsizliyini hər zaman diqqətdə saxlayır. O cümlədən ADNSU-da da təhlükəsizlik tədbirlərinin qorunması ilə bağlı mütaməadi tədbirlər keçirilir.

 Digər çıxış edənlər də son illər dünyada texnogen, ekoloji hadisələrin və təbii fəlakətlərin ildən-ilə çoxaldığını qeyd edərək hər bir kəsin ilkin tibbi yardım bacarığının olmasının və fövqəladə hallar zamanı təhlükəsizlik tədbirlərinə əməl etməsinin vacibliyini vurğulayıblar.