Card image cap

Azİİ e-Kitab Evində “Biblioqrafik göstərici”nin təqdimatı keçirilib

Fevralın 28-də Azİİ e-Kitab Evində Geologiya-mineralogiya elmləri doktoru, akademik, AMEA-nın həqiqi üzvü Pərviz Məmmədovun həyatı və ictimai fəaliyyətini əks etdirən “Biblioqrafik göstərici” kitabının təqdimatı keçirilib.

Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova ali təhsil müəssisələrinin apardığı tədris, elmi-tədqiqat, tərbiyə işlərinə kömək məqsədilə və informasiya mənbələrindən məqsədyönlü istifadə etmək üçün biblioqrafik göstəricilərin hazırlanmasını kitabxanalar qarşısında duran əsas vəzifələrdən biri olduğunu qeyd edib.

Akademik Pərviz Məmmədov, Geologiya fakültəsinin dekanı, dosent Nemət Paşayev və digər iştirakçılar çıxış edərək bu vəsaitin geologiya sahəsində çalışan alimlər, mütəxəssislər və ali məktəblərin tələbələri üçün faydalı bir vəsait olacağını bildiriblər.

Qeyd edək ki, “Biblioqrafik göstərici” Azİİ e-Kitab Evininin əməkdaşları Səlahət Mahmudova və Ruhanə Qasımova tərəfindən azərbaycan, rus və ingilis dillərində hazırlanıb. Təqdimat Azİİ e-Kitab Evinin ADNSU-nun 100 illiyinə həsr olunmuş 100 tədbirlər siyahısına daxil olan ikinci tədbiridir.