Card image cap

ADNSU-da "AgroHakathon 2020" yarışmasının son hazırlıq görüşü keçirilib

Fevralın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "AgroHakathon 2020" yarışması ilə bağlı Təşklat komitəsinin tələbələrlə görüşü keçirilib.

Görüşdə müsabiqə ilə bağlı yaradılmış Təşklat komitəsinin üzvləri və yarışa qatılan tələbələr iştirak edib. Yarışda iştirak edəcək komandaların hazırlıq vəziyyətinin müzakirə olunduğu görüşdə təqdimatların son vəziyyətindən danışılıb, həmçinin komandalara yarışın qaydaları və şərtləri haqqında bütün detallar izah olunub.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb və Təşklat komitəsi tərəfindən tövsiyələr verilib.

Qeyd edək ki, Müsabiqə Kənd Təsərrüfatı Nazirliyi və ADNSU-nun birgə təşkilatçılığı, Azərbaycan Sənaye Korporasiyası, “Bakcell” və “Microsoft” şirkətlərinin sponsorluğu ilə 29 fevral – 2 mart tarixlərində Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun ərazisində keçiriləcək.