Card image cap

Təhsil müəssisələrində tətil vaxtı martın 29-dan aprelin 18-dək uzadılıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında operativ qərargahda yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur.

Ölkənin digər təhsil müəssisələri ilə bərabər, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də qarşıdakı ilk dərs günü 2020-ci il aprelin 20-sinə müəyyən edilib.