Card image cap

ADNSU tələbələrinin istehsalat təcrübəsi keçməsi dayandırılır

Azərbaycan Dövlət Neft və Sənaye Univeritetinin IV kurs tələbələrinin istehsalat təcrübəsi keçməsi ölkədə koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi və respublikada başladılan #evdəqal kampaniyası ilə əlaqədar qeyri-müəyyən müddətədək dayandırılır. 

Qeyd edək ki, COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub. 

2019-2020-ci tədris ilində ADNSU-da IV kurs tələbələrinin istehsalat təcrübəsi fevralın 17-dən-başlanıb və mayın 24-dək davam etməsi nəzərdə tutulmuşdu. İstehsalat təcrübəsinin bərpa olunmasına dair əvvəlcədən məlumat veriləcək.