Card image cap

ADNSU-nun 100 illiyinə həsr olunmuş Elmi Konfrans işini başa çatdırıb

May ayının 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu təhsil ocağının 100 illik yubileyinə həsr edilmiş gənc tədqiqatçı və doktorantların onlayn Elmi Konfransının bağlanış iclası keçirilib. Konfransın gedişi haqqında məlumatında Doktorantura şöbəsinin müdiri, prof. L.Qardaşova konfransda ADNSU ilə yanaşı, BDU, ADİU, BMU, AzTU və Qida Təhlükəsizliyi İnstitutunun da gənc tədqiqatçıları, 7 fakültənin professor-müəllim heyəti, əməkdaşları, magistrant və doktorantların iştirak etdiyini qeyd edib. O, konfansın açılş iclasında müzakirə olunan Kimya texnologiya fakültəsinin doktorantı Məhsəti Cəfərlinшn təklif etdiyi kimyəvi proseslərin modelləşdirilməsinə yeni yanaşma, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin magistrantı Zeynallı Şöləxanımın müasir hesablama sistemləri üzrə apardığı müqayisəli təhlil,  Energetika fakültəsinin magistrantı  Murad Cəbiyevin Günəş enerjisinin energetik xüsusiyyətləri mövzusunda çıxışlarından gənc tədqiqatçıların yaradıcılıq fəaliyyətindəт  yararlana biləcəklərini söyləyib.

  Mayın 7-8-də keçirilən ikigünlük konfrans zamanı bölmələr üzrə 31 panel iclas keçirilib. 11 bölmə üzrə keçirilən iclaslarda seçilmiş 320 məruzədən 295-i dinlənib.  Konfrasın birinci günü 193 tezisdən 163 (84.5%),  ikinci günü isə 127 tezisdən 95 (74.5%) tezis, ümumiyyətlə, qəbul edilən tezislərin 80%  dinlənib.

2 saatadək davam edən iclasda 11 bölmə üzrə hər bir bölmənin rəhbəri çıxış edib. Bölmə rəhbərləri prof. Qəhrəman Həsənov, prof. Nurəli Yusifbəyli, prof. Ələkbər Əliyev, prof. Ələsgər Əliyev, prof. Vagif Seyidov, prof. Qənimət Səfərov, dos. Nazilə Rəhimova, dos. Lalə Bəkirova, dos.Yaşar Hacıyev, dos. Ramiz İsmayılov bölmə iclasları  haqqında ətraflı məlumat veriblər.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı konfransın gedişini izlədiyini qeyd edərək bölmələrdə müzakirə olunan mövzular haqqında irad və təkliflərini bildirib. Konfransda dinlənilən məruzələrin dərc olunmasının əhəmiyyətini qeyd edən rektor M.Babanlı  belə müzakirələrin gənc tədqiqatçıların  və bütövlükdə elmin inkişafında mühüm rol oynadığını vurğulayıb, konfransın keçirilməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib. Doktorantlardan Eldar Zeynallı çıxış edərək öz elmi fəaliyyəti haqqında məlumat verib, ADNSU doktorantının üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib, universitet rəhbərliyinə doktorantlara elmi fəaliyyətlə  məşğul olmaq üçün yaratdığı əlverişli şəraitə görə həmkarları adından təşəkkür edib.

Sonda iştirak edənlərə elektron formada sertifikatlar və diplomlar təqdim edilməklə konfrans işini başa çatdırıb.