Card image cap

ADNSU ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında müqavilə imzalanıb

İyunun 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanovun imzaladıqları sənəd universitetin Geologiya mühəndisliyi, Hidrogeologiya mühəndisliyi, Ekologiya mühəndisliyi və Mədən mühəndisliyi ixtisasları üzrə təhsilini başa vuran baklavrların müsabiqə yolu ilə agentlikdə işlə təmin olunmasını nəzərdə tutur.

Görüşdə həmçinin, tərəflər arasında birgə layihələrin icra olunması, elmi tədqiqat işlərinin aparılması kimi məsələlər də müzakirə olunub.