Card image cap

ADNSU-da “MAGnUS Yay Məktəbi”nin ilk görüşü keçirilib

İyulun 20-də tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2”  “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” layihəsi çərçivəsində onlayn “MAGnUS Yay Məktəbi” –nin ilk görüş gününü təşkil edib.

Onlayn şəkildə keçirilən yay məktəbini açıq elan edən ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov iştirakçılara layihənin əhəmiyyəti və perspektivləri haqqında məlumat verib.

Daha sonra proqrama uyğun olaraq partnyor universitetlərin müəllimləri öz mühazirələrini onlayn formada  “MAGnUS Yay Məktəbi”  çərçivəsində iştirakçılara təqdim ediblər.

Qeyd edək ki, ADNSU layihədə 7  bakalavr vı 2  magistr tələbə ilə təmsil olunur. Ümumilikdə isə Azərbaycan və Rusiya universitetlərindən layihədə 44 tələbə iştirak edir.