Card image cap

ADNSU-da universitetin 100 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans keçiriləcək

2020-ci il 5-6 noyabr tarixində Azərbaycan  Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Fransanın Burgogne-Franche-Comté Universitetinin birgə təşkilatçılığı ilə ADNSU-nun 100 illiyinə həsr olunmuş “MÜASİR İNFORMASİYA, ÖLÇMƏ VƏ İDARƏETMƏ SİSTEMLƏRİ: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR, MİÖİS’2020” (2nd International Scientific-Practical Conference dedicated to the 100th anniversary of ASOIU “MODERN INFORMATION, MEASUREMENT AND CONTROL SYSTEMS: PROBLEMS AND PERSPECTIVES, MIMCS’2020”, November 05-06, 2020, Baku, Azerbaijan) mövzusunda ikinci Beynəlxalq  elmi-praktik konfrans  keçiriləcək. Konfransın təşkilatı dəstəkçiləri Heydər Əliyev Fondu, Alim Scientifique Association (Fransa),    AZEL Systems Company, ONNEKS, BS-Avtomatika,  AzeriMed MMC, ATENAU  LTD-dir.

ADNSU-da keçiriləcək Beynəlxalq elmi-praktik konfrans informasiya, ölçmə və idarəetmə sistemlərinin müasir texnoloji nailiyyətləri və tətbiqi ilə bağlı geniş mühəndislik sahələrini əhatə edir.

Konfransda yerli universitetlər və təşkilatlarla bərabər, bir sıra ölkələrdən (Fransa, Türkiyə, Almaniya, Kipr, Yamayka, Səudiyyə Ərəbistanı, Ukrayna, Rusiya, Gürcüstan, İraq, Macarstan, Mərakeş, Əlcəzair, Estonia, Meksika və s.) universitetlər və təşkilatlatların əməkdaşlarının iştirakı gözlənilir. Konfransa təqdim olunmuş materiallardan seçilmiş məqalələr (4-8 səhifə) müvafiq araşdırmalardan sonra yerli və beyənəlxalq elmi jurnallarda dərc olunacaq. Müvafiq qaydalara uyğun olaraq seçilmiş elmi məqalələrin beynəlxalq elmi bazalar olan ““Web of science” və "Scopus" kimi bazalarda indeksləşməsi gözlənilir.

Konfrans materialarını info@mimcs.org   elektron poçt ünvanına göndərə bilərsiz, həmçinin konfrans haqqında ətraflı məlumatları konfransın rəsmi saytından əldə etmək olar  (www.mimcs.org). 

Qeyd edək ki, ADNSU-da eyni mövzuya həsr olunmuş birinci  konfrans da  01-02 İyul 2019-cu il tarxində bir sıra ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilib. İştirakçıların çıxışları  konfrans materiallarında tezislər toplusu və məqalə şəkilində nəşr olunub.