Card image cap

ADNSU-nun Startapı "INOTEX 2020" sərgisində iştirak edib

“Eazi Start” Startap və İnnovasiya Mərkəzinın “HealWith” startapı İnnovasiyalar Agentliyinin təşəbbüsü ilə 12-15 avqust 2020-ci il tarixlərində İran İslam Respublikasında keçirilən "INOTEX 2020" IX Beynəlxalq İnnovasiya və Texnologiya Sərgisində  onlayn şəkildə iştirak edib.

"HealWith" layihəsinin təmsilçiləri sərgi zamanı bir sıra investorlarla görüşüb və əməkdaşlığa marağı olan şirkətlərlə danışıqlar aparıb.