Card image cap

Azİİ e-Kitab Evinin oxucuları üçün yeni imkanlar yaradılır

Azİİ e-Kitab Evinin qeydiyyata düşmüş hər bir oxucusu onlara verilmiş istifadəçi adı və şifrə ilə sistemə daxil olaraq çap məhsulları və giriş imkanları mövcud olan beynəlxalq kitab və nəşriyyatların bazalarından faydalana bilərlər. Belə ki, oxucunun kitab evinin bazasından seçdiyi və elektron varinatı olan çap məhsulunun, beynəlxalq elektron resursların müəyyən bir həcminin müəllif hüquqları qorunmaq şərtilə tələbənin elektron poçtuna göndəriləcək. Qeyd edək ki, bu proses Azİİ e-Kitab Evinin ümumilikdə qeydiyyatdan keçən 5500-ə yaxın oxucusuna şamil edilir. Digər qeydiyyatdan keçməyən tələbələr isə library@asoiu.edu.az elektron ünvanına müraciət etməklə həmin xidmətlərdən qismən yararlana biləcəklər. Sentyabr ayının sonlarında hal-hazırda universitet daxilində istifadəsi  mümkün olan elektron kitabların  evdən istifadəsi mümkün olacaq.

   Həmçinin oxucular pandemiya dövründə Azİİ e-Kitab Evinin qoşulduğu beynəlxalq elektron bazaların bir çoxunun verdiyi evdən giriş imkanlarından da yararlana bilərlər. Oxucuların aşağıda göstərilən linklər vasitəsilə həmin bazalara girişi mümkündür.

        www.elibrary.imf.org, Beynəlxalq Valyuta Fondunun elektron kitabxanası (2020-ci il üçün açıq olacaq)

        Polpred.com(www.Polpred.com) beynəlxalq elektron nəşriyyat bazası

        EBSCO(http://search.ebscohost.com) beynəlxalaq elektron nəşriyyat bazası

        One Petro . https://www.onepetro.org/beynəlxalaq elektron nəşriyyat bazası

        www.EduFundingIndex.com/login - Ümümdünya Təqaüdlər və Ali təhsil tədqiqatları üçün Qrantlar kataloqu: 180 mindən çox təqaüd təklif olunan yeganə məlumat mənbəyi.

www.EduProgramsIndex.com/login- İngilis dilli ölkələrdə (ABŞ Kanada, İngiltərə, İrlandiya, Avstraliya,Yeni Zelandiya və Avropada) Ali Təhsil Proqramları: Universitetlərdəki 290.000-dən çox ali təhsil proqramı (bakalavr, magistr, doktorantura,pre-magistr) haqqında məlumatları əhatə edən yeganə məlumat mənbəyi.(oktyabr ayının 15-nə kimi)