Card image cap

ADNSU-nun 2 nəfər tələbəsi Prezident təqaüdünə layiq görülüb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2020/2021-ci tədris ilində ölkənin ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda cari tədris ilinin tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş 2 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi də yer alıb. ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin (İTİF) İnformasiya Təhlükəsizliyi ixtisasına qəbul olan 2 nəfər tələbəsinə - Bürcəliyev Səbuhi Məlikəjdər oğlu və İsmayılzadə Əhməd Səlim oğluna Prezident təqaüdü veriləcək.

Qeyd edək ki, Sərəncama əsasən bu il ali məktəblərə yüksək balla daxil olmuş 102 nəfər tələbəyə Prezident təqaüdü veriləcək. Prezident təqaüdünə layiq görülən tələbələr respublikanın 27 müxtəlif şəhər və rayonunu təmsil edirlər.