Card image cap

“Polpred com” axtarış bazası 2021-ci ildə də ADNSU tələbələrinin sərəncamında olacaq

         Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azİİ e-Kitab Evi 2021-ci ilin yanvar ayından  Rusiya Federasiyasının “Polpred com” axtarış bazasının “Нефть, газ, уголь в РФ и за рубежом” sahəsi üzrə elektron resurslarına  giriş imkanları əldə edib.

         Məlumat axtarış bazalarından Azİİ e-Kitab Evinin ümumilikdə qeydiyyatdan keçən  5500-ə yaxın oxucusu və ADNSU-nun professor-müəllim heyəti istifadə edə biləcəklər. Qeydiyyatdan keçməyən tələbələr isə library@asoiu.edu.az elektron ünvanına müraciət etməklə həmin xidmətlərdən qismən yararlana biləcəklər. Pandemiya dövrü ilə əlaqədar olaraq Azİİ e Kitab Evinin abunə olduğu məlumat bazaları oxucularımız üçün həmçinin evdən giriş imkanlarını da aktiv ediblər.

       Qeyd edək ki, «Polpred com” axtarış bazası Rusiya Federasiyasının ən geniş məlumat axtarış bazasıdır. Bu verilənlər bazasına Rusiya Federasiyasında və xaricdə neftin, qazın çıxarılması, nəqli və saxlanması, kəşfiyyatı və emalı, eləcə də kömürün, morfun çıxarılmasına aid məqalələr və digər materiallar verilib. Ümümilikdə “Polpred com”  axtarış bazasına  Rusiyanın 8 federativ dairəsi üzrə 53 sahədən 600 mənbə və son 20  ili  əhatə edən digər informasiyalar  verilib.