Card image cap

ADNSU-nun professor-müəllim heyəti paytaxtda ucaldılan Xocalı abidəsini ziyarət edib

Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və universitetin professor-müəllim heyəti Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq “Ana harayı” abidəsini ziyarət ediblər. Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Qeyd edək ki, ADNSU-da Xocalı soyqırımının 29-cu ildönümü münasibəti ilə müxtəlif  tədbirlər keçirilir, həmçinin Azİİ e-Kitab evində bu münasibətlə sərgi təşkil olunub. Sərgidə çoxlu sayda ənənəvi kitablarla yanaşı, Xocalı soyqrımından bəhs edən yeni nəşrlər də yer alıb.