Card image cap

ADNSU-da 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Martın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin xanım əməkdaşlarını təbrik edib. Cəmiyyətimizdə qadınların əvəzsiz rolundan danışıb. Qeyd edib ki, Azərbaycan xanımı, ana bizim üçün həmişə müqəddəs olub. Bu gün ölkəmizdə istər təhsil sahəsində olsun, istərsə də digr istiqamətlərdə çalışan xanımlar kifayət qədərdir. O, ümumilikdə xanımların əməyinin həm ailələrimizdə, həm də cəmiyyətin bütün sferalarında əvəzsiz olduğunu deyib.

Rektor, professor Mustafa Babanlı univeristetin bütün xanım əməkdaşlarını, o cümlədən Azərbaycan xanımlarını  təbrik edib, onlara can sağlığı, ailə xoşbəxtliyi, iş və şəxsi həyatlarında uğurlar arzu edib.