Card image cap

ADNSU-nun Əsaslı kitabxanasının nümayəndələri ADU İnformasiya Resurs kompleksi, Bakı Amerika mərkəzində olublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı kitabxanasının nümayəndələri Azərbaycan Dillər Universiteti İnformasiya Resurs kompleksi, Bakı Amerika mərkəzində “Elektron resurslar”, Elektron kitabxanaların “Tam mətnli məlumat bazaları”, “Elektron kataloqlaşma” və digər mövzularla bağlı təcrübə mübadiləsində iştirak ediblər.

Mərkəzdə ADNSU əməkdaşlarına “Türkdilli xalqların folklor mərkəzi – Türk dünyası”, “Elektron kataloqlaşdırma”, ”Elektron tam mətnli bazaların yaradılması”, ”Elektron komplektləşdirmə”, Britaniya mərkəzi və s. haqqında məlumat verilib.

Eyni zamanda Əsaslı kitabxananın nümayəndələri Amerika tarixi, elmi, mədəniyyəti, Türkdilli xalqların mədəni irsi, təbliği, elektron tam mətnli məlumat bazalarının hazırlanması, digər elmi nəşrlərin məlumat bazalarının  yaradılması, kataloqlaşması, informasiya məkanına çatdırılması, Britaniya elmi, tarixi, kitabxanası haqqında son yeniliklərdən xəbərdar olublar.

Görüşdə kompleksin direktoru Şəhla Xudiyeva tərəfindən “American English  Webinar Series”, Career building workshops”, “Psixologiya” və digər maarifləndirici proqramlarda iştirak üçün kitabxana işçiləri, universitetin müəllim və tələbələrinə təmənnasız xidmətlər təklif olunub.