Card image cap

ADNSU-nun startap layihəsi Ukraynada festivalda nümayiş olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Ukrayna Milli Texniki Universitetinin təşkil etdiyi ənənəvi "Sikorski Çellenc 2021” (Sikorsky Challenge) startap festivalında iştirak edib.

Ukraynada keçirilən festivalda ADNSU-nun "Eazi Start" Startap və İnnovasiya Mərkəzi 4 layihə ilə iştirak edib. Layihələrin 3-ü təqdimat şəklində,  biri isə stend şəklində təqdim olunub.  ADNSU-nun “Su dronu” layihəsi yüksək Texnologiyalar bölməsində ən yaşı ideaya mükafatına layiq görülüb. “UManage” layihəsi isə uğurlu təqdimatdan sonra bir sıra əcnəbi şirkət nümayəndələri və investorlar tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, 4 günlük festivala 6 bölmə üzrə 300-dən çox layihə müraciət olunub.