Card image cap

Azərbaycan Respublikası Prezidenti və Birinci vitse-prezident Vəli İsrafilovu Paralimpiya çempionu olması münasibətilə təbrik ediblər

Azərbaycan Respublikası Prezidenti və Birinci vitse-prezident Vəli İsrafilovu Paralimpiya çempionu olması münasibətilə təbrik ediblər  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızı medal qazanmış Vəli İsrafilovu təbrik edib. Bu barədə dövlət başçısı tvitter səhifəsində paylaşım edib. Paylaşımda deyilir: "Qızıl medalçımız Vəli İsrafilovu inamlı qələbəsi münasibətilə səmimi qəlbdən təbrik edirəm!".

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalları qazanan idmançılarla bağlı paylaşım edib. Paylaşımda deyilir:

"İdmançımız Vəli İsrafilov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti, 11-ci qızıl medalı qazandırdı. Azərbaycanın paralimpiya rekordunu yeniləmiş ən gənc çempionunu səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram".

Qeyd edək ki, paralimpiyaçı Vəli İsrafilov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin III kurs 510.19 qrup tələbəsidir.