Card image cap

ADNSU-da doktoranturaya qəbul imtahanı başa çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  Fəlsəfə doktoru proqramı üzrə "Xarici dil"  imtahanını müvəffəqiyyətlə vermiş iddiaçılar üçün “Fəlsəfə” fənnindən qəbul imtahanı uğurla başa çatıb.

3 gün davam edən  imtahanlarda Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, ADNSU ilə yanaşı, 5 ali təhsil müəssisəsindən - Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti və Bakı Mühəndislik Universiteti üzrə  ümumilikdə 118 nəfər iddiaçı qeydə alınıb və onlardan 108 nəfər imtahanda iştitrak edib.

Şəffaf mühitdə keçirilən imtahan nəticələri 7 nəfərdən ibarət komissya tərəfindən qiymətləndirilib. 26 və yuxarı bal toplayan namizədlərin nəticələri məqbul sayılıb. Belə ki, imtahanda iştirak etməli olan 118 namizəddən ADNSU(50 nəfər), AİU(40 nəfər),  AzTU(15 nəfər), AMİU( 3 nəfər), SDU(5 nəfər), BMU(5 nəfər)) 19 nəfər qeyri-məqbul,  89 nəfər isə məqbul qiymətlə qiymətləndirilib.  ADNSU üzrə 50 namizəddən  11 nəfər, AİU üzrə 40  namizəddən 7 nəfər, BMU üzrə 5 namizəddən 1 nəfər qeyri-məqbul qiymətlə qiymətləndirilib. ADNSU üzrə 1 namizəd, AİU üzrə 9 nəfər namizəd imtahanda iştirak etməyib.

Qeyd edək ki, imtahan koronavirus (COVİD-19) pandemiyası dövrünə təsadüf etdiyindən öncədən qabaqlayıcı dezinfeksiya tədbirləri həyata keçirilib. Xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə müəyyən edilmiş bütün zəruri göstərişlər nəzərə alınaraq imtahan prosesi baş tutub. Tibbi maskalardan, dezinfeksiya məhlullarından istifadə edilib və iştirakçılar arasında sosial məsafə gözlənilib.