Card image cap

ADNSU VIII Beynəlxalq Sənaye Forumunda təmsil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov Poltava şəhərində (Ukrayna) keçirilən “İstehsal.Quyuların əsaslı təmiri. İntensivləşmə” adlı VIII Beynəlxalq Sənaye Forumunda iştirak edib.

ADNS 2017-ci ildən universitetlər arasında müvafiq müqavilə imzalandıqdan etibarən Forumun təşkilatçısı - Yuri Kondratyuk adına Poltava Politexnik Milli Universiteti ilə əməkdaşlıq edir. Bu illər ərzində bir çox birgə tədbirlər keçirilmiş, tələbə mübadiləsi aparılmışdır. Poltava Politexnik Milli Universitetində Ukrayna-Azərbaycan Mərkəzi fəaliyyət göstərir.

Forumun açılışında tədbir iştirakçılarını salamlayan ADNSU nümayəndəsi rektor, professor Mustafa Babanlı adından forum iştirakçılarına uğurlar arzulayıb. Prorektor birgə nailiyyətlərdən danışıb və xüsusilə neft-qaz sektorunda gələcək əməkdaşlığın istiqamətlərini vurğuladı.

Qeyd edək ki, Forumda bir neçə çıxışçı  azərbaycanlı həmkarları ilə əməkdaşlıqdan məmnunluq ifadə edib.