Card image cap

ADNSU-nun rektoru daha iki fakültənin tələbələri ilə görüşüb

20-21 sentyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin daha iki fakültəsinin II kurs tələbələri ilə görüşüb. Görüş Koronavirus (Covid-19) epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə müəyyən edilmiş zəruri göstərişlər nəzərə alınaraq keçirilib.

İnformasiya Texnologiyaları və İdarəetmə, İqtisadiyyat və Menecment fakültəsinin II kurs tələbələri ilə keçirilən görüşdə Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi qələbəsindən, bu qələbənin ölkəmiz üçün misilsiz əhəmiyyətindən bəhs olunub. Rektor M.Babanlı tələbələrə yeni tədris ilinə hazırlığın vəziyyəti, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında məlumat verib. Bildirib ki, pandemiya olmasına baxmayaraq, ənənəvi tədrisə başlamaq üçün lazımı tədbirlər görülüb. 

Sonra universitetin əməkdaşlarının və tələbələrin sağlamlığının və təhlükəsizliyinin vacib olduğunu vurğulayan rektor tələbələrin də vaksin olunmasının önəmindən danışıb, bunun sağlamlıqla yanaşı, həm də sosial məsuliyyət olduğunu bir daha onların diqqətinə çatdırıb.