Card image cap

ADNSU-da növbəti dəfə dezinfeksiya işləri aparılıb

25-26 sentyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə növbəti dəfə dezinfeksiya işləri aparılıb.

Bildiyimiz kimi, sentyabrın 29-da Azərbaycanda ali təhsil müəssisələrində ənənəvi təhsilə start verilir. Odur ki, ADNSU-da bununla bağlı tam hazırlıq işləri görülüb. Tədrisə hazırlıq çərçivəsində koronavirus epidemiyasının yayılmasının qarşısını almaq, tələbələrin və universitet əməkdaşlarının təhlükəsizliyini və sağlamlığını etmək məqsədi ilə universitetin auditoriyalarında, dərs otaqlarında, foye və konfrans zallarında, giriş və çıxışlarında xüsusi dərmanlama işləri görülüb. Universitetlə yanaşı, həmçinin ADNSU-nun yataqxanasında da dezinfeksiya işləri aparılıb.