Card image cap

ADNSU tələbələri "Heydər zirvəsi"nə yürüşdə iştirak ediblər

Mayın 6-7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə "Heydər zirvəsi”nə yürüş edilib. Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Azərbaycan Dağçılıq Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) təşkilatçılığı ilə keçirilən yürüşdə 50 nəfər iştirak edib. İştirakçılar arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Rüfət Zeynalov və Cəfərsadiq Məmmədbağır oğlu da olub.

Qeyri-sabit və qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları "Heydər zirvəsi”nə qalxaraq Ulu Öndərin əziz xatirəsini yad ediblər. Tələbələrimiz Zirvədə ADNSU-nun bayrağını dalğalandırıblar.

Sonda yürüş iştirakçıları Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı "Heydər Əliyev" zirvəsinə müvəffəqiyyətlə yürüş etdiklərinə görə sertifikatla təltif olunublar.