Card image cap

Azİİ e-Kitab Evi sertifikatla təltif olunub

6-10 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evi sertfikatla təltif edilib. Sərgidəki iştirakına görə sertifikatla təltif olunan Azİİ e-Kitab Evinin stendi Ekologiya və Təbii Sərvətlər nazirliyinin, SOCAR, BP və digər qurumların əməkdaşları tərəfindən ziyarət edilib və burada nümayiş olunan kitablar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, sərgidə xüsusi stendlə təmsil olunan Azİİ e-Kitab Evinin 100-dən çox eksponatı nümayiş etdirilib. Kitablar arasında Heydər Əliyev irsi, qədim əlyazmalar, unikal və nadir kitab meyarlarına cavab verən  miniatür kitablar, həmçinin universitetin professor və müəllimlərinin yazdıqları dərsliklər və monoqrafiyalar, neft və sənayenin digər sahələrini əhatə edən kitablar, o cümlədən ADNSU-nun “Oil and İndustry” jurnalı nümayiş olunub.