Card image cap

Azİİ e Kitab Evində “Müstəqilliyimiz əbədidir”adlı kitab sərgisi təşkil olunub

     Oktyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e Kitab Evində 18 0ktyabr “Müstəqilliyin bərpası günü”nə həsr olunmuş kitab sərgisi təşkil olunub.

    Sərgidə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, həmçinin Azərbaycan dövlətinin və  müstəqilliyinin bərpa olunmasından, qorunmasından bəhs edən kitablar yer alıb. Sərgidə eyni zamanda ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatındakı hadisələri əks etdirən kitab və digər dövri nəşrlər də nümayiş olunub.