Card image cap

ADNSU-da növbəti dəfə dezinfeksiya işləri aparılıb

Oktyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) koronavirus pandemiyası ilə mübarizə çərçivəsində virus təhlükəsinin qarşısının alınması məqsədi ilə növbəti dəfə dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri universitetin bütün korpuslarında, Azərbaycan-Fransız Universitetinin binasında (UFAZ), dəhlizlər, auditoriya və laboratoriyalarda, eləcə də ADNSU-nun yataqxanasında aparılıb.

Qeyd edək ki, ənənəvi tədris başlayandan koronavirus pandemiyasının yayılmasının qarşısını almaq, tələbələrin, universitet əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə universitetin auditoriyalarında, dərs otaqlarında, foye və konfrans zallarında, giriş və çıxışlarında hər həftə sonu əsaslı dezinfeksiya işləri görülür. ADNSU-da tədrisin üç növbəli olduğu nəzərə alınaraq hər növbədən sonra bütün auditoriya və laboratoriya otaqlarında da gündəlik olaraq dezinfeksiya işləri aparılır.