Card image cap

ADNSU-da yeni akkreditasiyaya hazırlıqla bağlı seminar keçirilib

Oktyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsildə akkreditasiyanın yeni meyarları, əsasları və tətbiqi ilə bağlı seminar keçirilib. ADNSU-nun professor-müəllim heyətinin iştirak etdiyi seminarda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov akkreditasiya haqqında əsas anlayışlar, yeni qaydalar və təhsilin inkişafında akkreditasiyanın vacibliyi və mövzu ilə bağlı digər mühüm məsələlər haqqında iştirakçılara geniş məlumat verib. Bu gün təhsilin bütün pillələrində inkişafın əsas meyarlarından birinin akkreditasiya olduğunu qeyd edən A.İlyasov bildirib ki, hazırda dünyada ən çox yayılmış institusional və proqram akkreditasiyasıyadır ki, təhsildə geniş tətbiq olunur. O, yeni akkreditasiya meyarlarını köhnə qaydalarla müqaisə edib, əsaslı təhlillər apararaq yeni akkreditasiyanın üstünlüklərindən danışıb. Sonda professor-müəllim heyətinin mövzu ilə bağlı sualları cavablandırılıb.