Card image cap

ADNSU-da 8 Noyabr Zəfər Gününə həsr olunmuş tələbələrin 70-ci Elmi-texniki konfransı başa çatıb

Noyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 8 Noyabr Zəfər Gününə həsr olunmuş tələbələrin 70-ci elmi-texniki  konfransının yekun iclası keçirilib. 

Tədbirdə çıxış edən rektor, professor Mustafa Babanlı universitetdə gənclərin elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində  görülən işlərdən danışıb. Konfransın əhəmiyyətini vurğulayan rektor gənclərin elmə marağının artmasını yüksək qiymətləndirib. O, tələbələrin 70-ci elmi-texniki konfransını daha da əhəmiyyətli edən bir amilin məhs bu kopnfransın zəfər bayramına həsr olunması ilə bağlı olduğunu bildirib.

Sonra bölmələr üzrə hesabatlar dinlənilib. Növbəti keçiriləcək konfrans və yeniliklərlə bağlı müzakirələr aparılıb.