Card image cap

ADNSU-da “Gələcək qayğısı” mövzusunda seminar keçirilib

Noyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Psixologiya Elmi-Tədqiqat İnstitutunun Layihələr və Koperativ əməkdaşlıq şöbəsinin rəhbəri, uzman psixoloq Nəzrin Məmmədzadə “Gələcək qayğısı” mövzusunda seminar keçib.

Seminarda ADNSU-nun əməkdaşları və tələbələr iştirak edib. Seminarda çıxış edən uzman psixoloq N.Məmmədzadə gənclərə planların qurulması, gələcək hədəflərin müəyyən edilməsi, həmçinin qayğı və vəsvəsə kimi düşüncələrdən çıxış yolu tapılması haqqında geniş interaktiv söhbət aparıb. Görüşün sonunda tələbələri maraqlandıran suallar cavblanıdırılıb.