Card image cap

Azİİ e-Kitab evində“Analoq və rəqəm ölçmə qurğuları” kitabının təqdimatı keçirilib

Noyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin (İTİF) Cihaz mühəndisliyi kafedrasının müdiri, dosent, texika elmləri doktoru Lalə Bəkirovanın “Analoq və rəqəm ölçmə qurğuları” kitabının təqdimatı keçirilib. Təqdimatda ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, həmin kafedranın müəllim və tələbə heyəti iştirak edib.

Təqdimatı giriş sözü ilə açan Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova kitabın nəşri və məzmunu,  kitab evinin bazasına daxil olması və elektron sistemə salınaraq həm çap məhsulu kimi, həm də elektron formatda oxucuların istifadəsinə verilməsi haqqında məlumat verib.

Təqdimatda çıxış edən ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova kitabın müəllifi, dosent Lalə Bəkirova, kafedranın müəllimi Rəhim Məmmədov   və digər əməkdaşlar, eləcə də kafedranın doktorantları kitab haqqında təəsüratlarını bölüşüblər.

Qeyd edək ki, kitab 2021-ci ildə nəşr olunub. Cihaz mühəndisliyi, Kompüter mühəndisliyi, Biotibbi texnologiya mühəndisliyi, İnformasiya  texnologiyaları və digər ixtisaslar üzrə təhsil alan tələbələr, magistrantlar, doktorantlar, ölçmələr və cihaz mühəndisliyi sahələrinin mütəxəssisləri istifadə edə bilərlər.