Card image cap

Azİİ e-Kitab Evində “Nizami Gəncəvi ili” çərçivəsində kitab sərgisi təşkil olunub

Noyabrın 19-da Azİİ e-Kitab Evində 2021 –ci il “Nizami Gəncəvi ili” çərçivəsində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş “Dahi şair və mütəfəkkir Nizami Gəncəvi” adlı kitab sərgisi təşkil olunub.

Sərgidə müdriklik və hikmət şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını, Azərbaycan mədəniyyətini, ümumilikdə Yaxın Şərq xalqları mədəniyyətini əks etdirən və ictimai bədii fikir tarixində yeni bir səhifə açmış əsərləri, həmçinin ədibin  məşhur “Xəmsə”sinə daxil edilən poemalar və Nizami haqqında yazılmış əsərlər geniş yer alıb. Oxucuarın marağına səbəb olan sərgi virtual şəkildə də e-Kitab Evinin oxucuları üçün nümayiş olunacaq.