Card image cap

ADNSU Erasmus+ Layihəsi çərçivəsində beynəlxalq təlimdə iştirak edib

15-19 Noyabr tarixlərində Erasmus+ Layihəsi çərçivəsində Almaniyanın Dortmund Universitetinin  akademik heyət üçün Layihə və İnnovasiyaların İdarə Edilməsi üzrə Avropa Tərəfdaşlığı təlim həftəsi keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) "WORK4CE" Erasmus+ Layihəsinin üzvü kimi həmin beynəlxalq təlimdə təmsil olunub.

Erasmus+ Layihəsi çərçivəsində Dortmund Universitetinin təşkil etdiyi “T4T” adlı təlimdə Rektorun İT və innovasiyalar üzrə müşaviri Rasim Abdullayev, universitetin Kompüter mühəndisliyi kafedrasının professorları Yaşar Hacıyev və İlqar Rzayev iştirak ediblər.

Təlimdə iştirakçılara çevik layihə idarəetməsi və Jira, Confluence və Microsoft Komandalarından istifadə, eləcə də Açıq Təcrübə İcmalarının birgə yaradılması haqqında fikirlər irli sürülüb və geniş məlumat verilib.  Təlimdə WORK4CE layihələrinin Azərbaycan, Ukrayna, Fələstin, Belçika, İspaniya, Norveç, Qazaxıstan və Almaniyadan olan həmkarları bilik və təcrübə mübadiləsi məqsədilə iştirak ediblər.