Card image cap

DİN-nin əməkdaşları ADNSU tələbələri ilə görüş keçiriblər

Noyabrın 30-da Daxili İşlər Nazirliyi (DİN) Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov, o cümlədən nazirliyin İT üzrə mütəxəssisləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin tələbələri ilə görüş keçiriblər. Görüşün məqsədi nazirlikdə informasiya texnologiyaları sahəsində çalışmaq üçün universitetdən uyğun ixtisaslar üzrə tələbə seçimi olub.

ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov çıxış edərək qonaqların universitetdə tələbələrlə görüşü haqqında məlumat verdikdən sonra DİN Baş Kadrlar İddərinin rəisi Rafiq Abbasov polis sıralarında xidmət etməyin şərəfli peşə olduğunu qeyd edərək nazirlik olaraq ilk dəfə universitetdə tələbələrlə belə görüşün keçirildiyini deyib. O, bildirib ki, nazirliyin İT üzrə müəxəssisləri ADNSU tələbəri arasında ən yaxşıların yaxşısını seçdikdən sonra həmin tələbələri qurumda işə dəvət edəcəklər. Uyğun parametrlərə əsasən seçilmiş tələbələr ilkin olaraq qısa müddətli təcrübə keçdikdən sonra nazirlikdə İT üzrə müvafiq istiqamətdə daimi işlə təmin olunacaqlar.

Nazirliyin İT üzrə mütəxəssisləri çıxışlarında DİN-də informasiya sistemləri, kiber cinayətkarlıq, kiber təhlükə və onun qarşısının alınlması, Big Datadan istifadə qaydaları və digər bu kimi müasir texnoloji vasitələr haqqında tələbələrə geniş məlumat veriblər.

Sonra İT ilə bağlı tələbələrin suallarını cavablandıran mütəxəssislər uyğun sahə üzrə çalışmaq istəyən tələbələrlə seçim mərhələsini nazirlikdə edəcəklərini və bununla da xidmətə qəbulun reallaşacağını bildiriblər.