Card image cap

UFAZ 2017/2018-ci tədris ili üçün tələbə qəbulu elan edir

Abituriyentlərin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinə (UFAZ) qəbulu haqqında elan

ADNSU-nun nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universiteti 2017/2018 akademik ili üçün növbəti ixtisaslar üzrə qəbul elan edir:

 

-Kimya mühəndisliyi (40 yer)

-Geofizika mühəndisliyi (40 yer)

-Kompüter elmləri (40 yer)

-Neft-qaz mühəndisliyi (40 yer)

 

Qəbul planı:       120 yer ödənişsiz əsaslarla

                           40 yer ödənişli əsaslarla

 

 

  1. UFAZ-IN HAZIRLIQ ILINƏ QƏBUL ÜÇÜN DÖVLƏT IMTAHANINDAN KEÇƏN (DİM) AZƏRBAYCAN VƏTƏNDAŞI OLAN ABITURIYENTLƏRIN QƏBULU

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən yalnız 1-ci ixtisas qrupu üzrə imtahanda 500 və daha artıq bal toplayan abituriyentlər Strasburq universiteti tərəfindən təşkil olunan imtahanda iştirak edə bilərlər.

UFAZ-da tədris ingilis dilində aparılır, müsabiqə azərbaycan və rus bölmələri üçün açıqdır.

 

Qəbul imtahanı aşağıda adları göstərilən fənlər üzrə azərbaycan və rus dillərində keçiriləcək:

 

- fizika (test)

- kimya (test)

- riyaziyyat (test)

- ümumi bilik bloku (test)

- ingilis dili (inşa)

 

* İngilis dilindən 20 üzərindən minimum 7 (07/20) və daha aşağı bal toplayan namizədlər, avtomatik olaraq UFAZ-ın qəbul imtahanından kəsilmiş sayılırlar.

 

Universitetə qeydiyyat, müsabiqənin nəticələrinə əsasən UFAZ komissiyası tərəfindən aparılacaq.

 

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər, www.ufaz.az saytında onlayn qeydiyyatdan keçməlidirlər.

Növbəti sənədlər PDF formatında UFAZ-ın saytında qeydiyyat zamanı birbaşa onlayn yüklənməli və ya Universitetə gətirilməlidir:

 

  1. Şəxsiyyət vəsiqəsinin surəti
  2. Şəxsiyyət vəsiqəsinin rəngli fotoşəkili (3х4)
  3. Ali təhsil müəssisəsinə qəbul imtahanının nəticələri (DİM)
  4. Elektorn müraciyət forması

 

UFAZ-ın qəbul müsabiqəsindən keçə bilməyən abituriyentlər, DİM tərəfindən aprılan digər ali təhsil müassisələrinin müsabiqələrində iştirak edə bilərlər.

 

Bütün sənədlər əvvəlcədən info@ufaz.az e-ünvanına göndərilməli, daha sonra isə UFAZ-ın ofisinə təqdim olunmalıdır.

 

Onlayn qeydiyyat tarixi: 12/07/17 - 19/07/17

İmtahanın keçiriləcəyi tarix: 25 İyul, 2017 saat 10.00

Cavabların açıqlanması: 28/07/17

Seçilən namizədlərin son təsdiqi və qeydiyyat tarixləri: 28/07/17 - 03/08/17

İş günləri, saat 10.00-17.00 arası

 

 

Sənəd qəbulunun, qəbul imtahanının və müşavirələrin keçiriləcəyi ünvan: Azadlıq pr-ti 34, Bakı (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - əsas bina)

 

Əlaqə nömrələri:

+(994) 12 493 23 24

+(994) 50 969 83 55

 

E-ünvan: info@ufaz.az

Veb-sayt: www.ufaz.az