Card image cap

ADNSU-da DAAD məlumat tədbiri keçirilib

Mayın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  Almaniyada təqaüdlü təhsil- DAAD təqaüd proqramı ilə bağlı təqdimat keçirilib.

Tədbirdə  DAAD-ın Tbilisi nümayəndəliyinin direktoru Gebhard Reul, Almaniyada təhsil üzrə məsləhətçi, Azərbaycan Respublikasından sorğulara cavabdeh olan məsul şəxs Sevər Qarayeva, həmçinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin nümayəndələri və tələbələr iştirak ediblər.

DAAD-ın Tbilisi nümayəndəliyinin direktoru G.Reul Almaniyada təhsil, DAAD təqaüd proqramı, Azərbaycan üçün DAAD təqaüdləri və müraciət qaydaları haqqında geniş təqdimatla çıxış edib.

Almaniyada təhsil üzrə məsləhətçi S.Qarayeva Almaniyada müxtəlıif ixtisaslar üzrə təhsil təqaüdü, Almaniyada magistr, PhD təhsili və yay dili kursu, o cümlədən DAAD təqaüd proqramı ilə bağlı ətraflı məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.